Qaynar xətt:

(+99450) 247 90 86

İsrail hücum etdi: 5 nəfər ölüb

İsrail hücum etdi: 5 nəfər ölüb

DÜNYA

239

15.09.2024, 20:47

Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə, İsrail ordusu Qəzza şəhərinin Zeytun rayonunun Səlahəddin küçəsində bomba yüklü pilotsuz uçuş aparatı (PUA) ilə bir qrup fələstinlini hədəf alıb.

Oxu24.com  xəbər  verir ki, hücumda 5 fələstinli həyatını itirib.

Yerli mənbələrdən alınan məlumata görə, Zeytun səmtindəki evlərini yoxlamaq üçün yola çıxan fələstinli “El-Borno” ailəsi Səlahəddin küçəsində olarkən İsrail PUA-nın hədəfinə çevrilib.

Dünən İsrail ordusu Qəzza şəhərinin Zeytun rayonundakı Zeytun Şəhidlər Məktəbini bombalayıb və hücumda 2-si uşaq, 1-i qadın olmaqla 5 fələstinli şəhid olub, çoxlu sayda fələstinli də yaralanıb.

 

Nigar