Qaynar xətt:

(+99450) 247 90 86

Böyük Britaniyanın baş naziri həyat yoldaşı üçün bahalı alış-verişə görə problemlər yaşayır

Böyük Britaniyanın baş naziri həyat yoldaşı üçün bahalı alış-verişə görə problemlər yaşayır

DÜNYA

252

15.09.2024, 20:36

Böyük Britaniyanın baş naziri Keir Starmer, maliyyə donoru tərəfindən həyat yoldaşı Viktoriya üçün bəyan edilməmiş geyim almasına görə istintaqla üzləşib.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə Times qəzeti yazır.


Nəşr qeyd edir ki, Britaniyanın baş naziri multimilyonçu biznesmenin və partiyasına donorun həyat yoldaşı üçün bahalı paltar alması faktını bəyan etməməklə parlament qaydalarını pozub.

Söhbət Britaniyanın Lordlar Palatasının üzvü Vahid Allidən gedir. Qeyd edilir ki, o, Starmerin hakimiyyətə gəlməsindən əvvəl və sonra baş nazirin həyat yoldaşının şəxsi alış-veriş məsləhətçisi və geyim xərcləri də daxil olmaqla xərclərini qarşılayıb.

Baş nazirin ofisi hədiyyələrin ümumi dəyərini və ya Viktoriya Starmerin onları aldığı dövrü açıqlamaqdan imtina etdi.

 

Miri