“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
15 Mart 2025, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
186
14.09.2024, 14:12
Bir çoxlarımız kredit kartlarındakı vəsaitləri ehtiyat kimi saxlamağı üstün tuturuq. Artıq bu məsələ ilə bağlı yeni tələblər qoyulur. Bankların bu kartlarla bağlı qaydaları sərtləşdirəcəkləri gözlənilir.
2024-cü ilin II rübündə kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Sorğuya əsasən, banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar. İnsanların kredit kartlarına tələbinin artdığı bir dövrdə bu addımın atılması maraq doğurur. Kredit kartları üzrə kredit standartlarında sərtləşmə qərarını doğuran səbəblər hansılardır? Bu addım banklara nə qazandıracaq?
“Bank verdiyi vəsaitdən gəlir əldə etməlidir”
Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, bir çox hallarda vətəndaşlar kartı alır, lakin istifadə etmirlər. Bu, banklara sərf etmir: “Kredit kartlarındakı məbləği müəyyən zamana qədər istifadə etmək olur. Məsələn, beş illik istifadə müddəti olan kartdakı vəsaitdən üç il istifadə hüququ verilir, son iki ildə isə ödəmək tələbi qoyulur. Müştəri kartı götürür və ehtiyat olaraq özündə saxlayır. İstifadə etmədiyi üçün də faiz hesablanmır. Bu, bankın gəlirlərinin azalmasına səbəb olur. Məsələn, bir vətəndaş iki min manat əməkhaqqı alır. Banklara müraciət edir, gəlirlərini, xərcini çıxaraq vətəndaşa hərəsində beş min manat olan üç kart verirlər. O isə həmin kartlardakı məbləğə ehtiyacı olmadığı üçün toxunmur, bu zaman kartlardakı 15 min manat məbləğ heç bir gəlir gətirmir”.
Ekspertin fikrincə, bu səbəblər bankların maliyyə sıxıntısı yaşamasına qədər gətirib çıxara bilir: “Yəni, kredit kartlarındakı vəsaitdən ya istifadə olunmur, ya da vətəndaş faizi müddətin sonunda ödəyir. Banklar öz vəsaitlərini plastik kart vasitəsilə müştəriyə verir, lakin proqnozlaşdırılan gəliri əldə edə bilmədiyinə görə, gəlirlilik əmsalında müəyyən dərəcədə azalmalar yaranır. Bank verdiyi vəsaitdən gəlir əldə etməlidir ki, vəsaiti digər müştərilərə yönəldərək pul dövriyyəsini genişləndirsin. O səbəbdən vəsaitlərin plastik kartlarda yatması banklar üçün məqsədəuyğun deyil. Kredit kartları üzrə sərtləşmələr gözlənilən idi”.
E.Kərimov bildirdi ki, sırf belə hallara görə, banklar daha çox nağd kreditlərin verilməsinə üstünlük verirlər: “Çünki nağd kreditlər verilən gündən faiz hesablanır. Artıq növbəti aydan vətəndaşlardan ödəniş tələb olunur”.
Şərtlər vətəndaşların xoşuna gəlməsə...
Həmçinin oxuyun
Sərtləşmələrin vətəndaşlara necə təsir edəcəyi ilə bağlı suala gəldikdə, müsahibimiz qeyd etdi ki, plastik kartlara tələb bu qədər çox ikən, heç bir azalma gözlənilmir: “Yeni qaydalar üzrə sərtləşmələrin vətəndaşlar üçün hər hansı bir çətinlik yaradacağını düşünmürəm. Çünki əgər bankların şərtləri vətəndaşların xoşuna gəlməsə, bu zaman nağd kredit də götürə bilərlər. Həmçinin lombard kreditlərinə müraciət etmələri də mümkündür. O səbəbdən ciddi bir təsiri olmayacaq. Sadəcə, bu, bank sektorunda gələcəkdə yarana biləcək mənfi tendensiyaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər planıdır. Müəyyən bir dövr keçdikdən sonra öz bəhrəsini verəcək, daha sonra tətbiq olunan qaydalardan imtina da mümkündür. Plastik kartlar yarandığı gündən vətəndaşların rəğbətini qazanıb, şərtləri də insanlar tərəfindən bəyənilir. İstənilən halda, onların faydalı bir maliyyə aləti olduğu qənaətindəyəm”.
Kredit kartlarının əldə edilməsi şərtləri çox sadədir
İqtisadçı Asif İbrahimli isə dedi ki, kredit kartlarının alınması üsulları çox asandır. Belə olduğu halda da problemlər ortaya çıxır:
“Ümumiyyətlə, kredit kartları və digər kredit məhsulları ilə bağlı banklarda borcların geri ödənilməməsi ilə bağlı ciddi problemlər yaşanır. Kredit kartlarının əldə edilməsi şərtləri çox sadə olduğuna görə, həmin bankda əməkhaqqı kartı olan vətəndaşa hər hansı kredit kartları da təklif olunur. Vətəndaş da rahatlıqla əldə edib istifadə edir. Amma bir çox hallarda götürülən məbləği ödəməmə halları baş verir. Düşünürəm ki, bununla bağlı qərar veriləcək. Ümumiyyətlə, bank kartlarının alınması ilə bağlı həm təhlükəsizlik meyarlarının artırılması, həm də onların əldə edilməsi istiqamətində müəyyən beynəlxalq standartların tələblərinə uyğun tədbirlər həyata keçirilməlidir”.
İqtisadçı bildirdi ki, kredit kartları ilə bağlı bir çox narazılıq halları baş verirdi ki, artıq bunların da qarşısı alınmış olacaq: “Burada bankın əldə etdiyi odur ki, artıq borcların vaxtı-vaxtında geri qaytarılması təmin olunacaq”.
Qaydalar daha da qəlizləşə bilər
A.İbrahimlinin fikrincə, krediti ödəmə qabiliyyəti olan insanların narahat olacağı vəziyyət mövcud deyil: “Rəsmi iş yeri olan, kredit tarixçəsi normal vətəndaşlarla bağlı hər hansı bir uzaqlaşdırma olmayacaq. Sadəcə, müəyyən proseduralarda dəyişikliklər ediləcək. Qaydalar daha da qəlizləşə bilər”.
11:48 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
1
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
303
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
11
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
18
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
13
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
24
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
19
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
16
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
19
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
36
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
39
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
96
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
103
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
138
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
117
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1629
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
165
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
127
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
143
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
146
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
155
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
152
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
149
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.