Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada isti hava olacaq

Moskvada isti hava olacaq

DÜNYA

249

03.08.2024, 11:10

Şənbə və bazar günləri Moskvada havanın temperaturu +24 dərəcə olacaq, yağış yağacağı ehtimalı var.

 

Oxu24.com xəbər verir ki, Bu barədə TASS-a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.

 

“Şənbə və bazar günləri havanın temperaturu 22-24° isti, rayonda 25° isti təşkil edəcək. Gecə temperaturu 13-15 dərəcə isti təşkil edəcək”, - deyən Vilfand bu temperaturun iqlim normasından 2 dərəcə aşağı olduğunu bildirib.

 

Sinoptik qeyd edib ki, şənbə günü, avqustun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, bazar günü isə az yağış yağacağı gözlənilir. Paytaxtda suyun temperaturu 20 dərəcəyə yaxındır.

 Növbəti həftədə havanın temperaturunun gündüz 20-25° isti, gecə 10-15° isti olacağı gözlənilir. Bu, hava sirkulyasiya rejiminin “eyni” olması ilə bağlıdır.

 

Nigar