“Arvad al!” – Məsud Pezeşkiandan xahiş - VİDEO
24 Noyabr 2026, 16:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
400
03.08.2024, 11:54
Venesuela BRİKS ölkələrinə ölkədə neft və qazın işlənməsinə icazə verə bilər.
Oxu24.com xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro mətbuat konfransında bildirib.
“Əgər şimaldakı bütün bu insanlar və onların dünyadakı tərəfdaşları həyatlarının səhvinə yol versələr, o zaman artıq imzalanmış bütün neft və qaz sahələri BRİKS üzrə müttəfiqlərimizə gedəcək”,-deyə o bildirib.
Venesuela prezidentinin sözlərinə görə, Karakas BRİKS ölkələrinin bazarlarını “hədəfləyir”, çünki dövlət iqtisadiyyatın ixrac modelini inkişaf etdirməyə çalışır. Maduro əlavə edib ki, BRİKS münasib qiymətlərlə təhlükəsiz bazardır.
Venesuelanın neft və qaz sektoruna ən böyük pul investisiyaları BRİKS ölkələrindən gəlir, Maduro qeyd edib.
Fevral ayında Maduro Venesuelanın tezliklə BRİKS-ə üzv olacağını açıqlamışdı. Onun sözlərinə görə, “BRİKS ilə yeni dünya” “köhnə müstəmləkə dünyasını müharibələr, müdaxilələr, soyqırımlar və üstünlüklər kompleksi” ilə əvəz edir. Dövlət başçısı qeyd edib ki, bu “yeni dünya artıq mövcuddur və dönməzdir”.
22-24 avqust 2023-cü il tarixlərində Yohannesburqda keçirilən BRİKS sammitində Argentina, İran, Efiopiya, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 2024-cü il yanvarın 1-dən təşkilata qoşulması qərara alınıb.
Nigar
Həmçinin oxuyun
16:40 / 24 Noyabr 2026
13
16:36 / 24 Noyabr 2026
1
16:25 / 24 Noyabr 2026
53
16:21 / 24 Noyabr 2026
51
16:09 / 24 Noyabr 2026
78
16:07 / 24 Noyabr 2026
76
16:02 / 24 Noyabr 2026
83
15:41 / 24 Noyabr 2026
93
15:40 / 24 Noyabr 2026
116
15:36 / 24 Noyabr 2026
628
15:34 / 24 Noyabr 2026
314
15:29 / 24 Noyabr 2026
89
15:17 / 24 Noyabr 2026
113
15:10 / 24 Noyabr 2026
117
15:03 / 24 Noyabr 2026
135
14:40 / 24 Noyabr 2026
90
14:20 / 24 Noyabr 2026
143
14:17 / 24 Noyabr 2026
152
14:05 / 24 Noyabr 2026
119
14:04 / 24 Noyabr 2026
156
13:40 / 24 Noyabr 2026
135
13:31 / 24 Noyabr 2026
939
13:23 / 24 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.