Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ etiraf edir: İsrail HƏMAS Siyasi Bürosunun rəhbərini sıradan çıxarıb

ABŞ etiraf edir: İsrail HƏMAS Siyasi Bürosunun rəhbərini sıradan çıxarıb

DÜNYA

255

03.08.2024, 10:50

ABŞ rəsmiləri Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumun arxasında İsrailin olduğunu özəl olaraq etiraf edirlər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Amerikanın Washington Post qəzeti yazır.

 

“İsrail məsuliyyəti öz üzərinə götürməyib, lakin ABŞ rəsmiləri özəl olaraq bunun arxasında olduğunu etiraf edirlər (Haniyyəyə hücum – redaktorun qeydi),” nəşr yazır.

 

Eyni zamanda qəzet qeyd edir ki, Vaşinqton əməliyyatla bağlı əvvəlcədən məlumatlandırılmayıb və bunda heç bir rol oynamayıb.

 

“Washington Post”un fikrincə, Yaxın Şərqdə vəziyyətin pisləşməsi regionu “tammiqyaslı münaqişəyə” yaxınlaşdırır.

 

Daha əvvəl adı açıqlanmayan iranlı diplomat The Wall Street Journal (WSJ) ilə söhbətində demişdi ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumdan sonra müxtəlif dövlətlərin Tehranın İsrailə hücumunu dayandırmaq cəhdləri  olub və nəticəsiz qalıb.

Bundan əvvəl İran İsrail üçün “hesab günü” elan etmişdi.

 

Miri