Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya və Danimarka Ukraynaya səkkiz tank və ehtiyat hissələri ötürdü

Almaniya və Danimarka Ukraynaya səkkiz tank və ehtiyat hissələri ötürdü

DÜNYA

313

29.07.2024, 20:33

Almaniya hakimiyyəti ölkənin hökumət saytında Ukrayna tərəfinə təhvil verilən silahların siyahısını yeniləyib.

 

Oxu24.com xəbər verir  ki, tanklardan əlavə, Ukrayna Silahlı Qüvvələri Gepard zenit özüyeriyən silahları üçün 21 min mərmi və on yerüstü pilotsuz təyyarə alacaq.

 

Paketə həmçinin iki Bergepanzer 2 zirehli təmir və bərpa maşını, onlar üçün ehtiyat hissələri, on yerüstü müşahidə radarı, 25 minə yaxın döyüş dəbilqəsi və səhra xəstəxanası daxildir.

 

Almaniya Nazirlər Kabinetinin saytında Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri Almaniyanın Kiyevə təxminən 34 milyard avro yardım etdiyi bildirilir.

 

Qeyd olunur ki, Kiyevə həm humanitar yardım və silah tədarükü, həm də birbaşa nağd pul yeridilməsi şəklində dəstək göstərilib.

 

Miri