Ermənistan ombudsmanı Arman Tatoyan martın 15-dən 16-na keçən gecə yolu azaraq Ermənistan tərəfinə keçən Qazax rayonu, Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlu ilə görüşüb.
E. İbrahimov ailə üzvləri ilə görüşmək və danışmaq istədiyini bildirib.
Erməni ombudsmanı bu məsələni Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə müzakirə etdiyini və E. İbrahimovun ailəsi ilə məktub, telefon və videozəng vasitəsilə əlaqə yaratmasına şərait yaradılacağını deyib.
Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır. (azvision.az)
Oxu24.com
ŞƏRHLƏR