Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın rus diplomatlarına tətbiq etdiyi məhdudiyyətlərə Rusiyanın sərt cavabını açıqlayıb.
OXU24.COM xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Londonda ticarət anbarlarında baş verən yanğında “Rusiya izinin” olması barədə bəyanat açıq-aşkar yalandır, lakin bu, Rusiya hərbi attaşesinin ölkədən çıxarılması üçün əsas olub.
“Londona dəfələrlə xəbərdarlıq edilib ki, istənilən qeyri-dost hərəkətlərə cavab veriləcək. Reaksiyamız sərt və ölçülüb-biçilmiş olacaq” - deyə Zaxarova əlavə edib.
Qeyd edək ki, mətbuat Britaniyanın daxili işlər naziri Ceyms Kleverliyə istinadən xəbər vermişdi ki, ölkə hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxarmaq, rus diplomatlarının ölkədə qalma müddətini azaltmaq qərarına gəliblər.
ŞƏRHLƏR