Qaynar xətt:

(+99450) 247 90 86

Əl-Cəzirə: Nasser Xəstəxanasının ərazisində kütləvi məzarlıq tapıldı

Əl-Cəzirə: Nasser Xəstəxanasının ərazisində kütləvi məzarlıq tapıldı

DÜNYA

490

21.04.2024, 13:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bazar günü, aprelin 21-də Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Qəzza zolağında Xan Yunis əyalətində 50 ölü fələstinlinin cəsədinin olduğu kütləvi məzarlıq tapılıb.

 

Oxu24.com  xəbər  verir   ki, “Yerli KİV-in məlumatına görə, Qəzzadakı fövqəladə xidmətlər Nasirin Xan Yunisdəki tibb kompleksindəki kütləvi məzarlıqdan 50 fələstinlinin cəsədini çıxarıb”, - nəşr yazıb.

 

Qeyd olunur ki, dəfn İsrail Müdafiə Qüvvələrinin (IDF) ərazini tərk etməsindən iki həftə sonra aşkarlanıb.

 

Xan Yunisdə həlak olanların cəsədlərinin axtarışı və tapılması əməliyyatları yaxın günlərdə şəhərdə davam etdiriləcək, onun böyük hissəsi hazırda İsrailin uzun sürən bombardmanlarından və şiddətli döyüşlərdən sonra xarabalıqlar içərisindədir.

 

Nigar