Qaynar xətt:

(+99450) 247 90 86

Dünyanın ən qəmgin fili öldü -TƏNHALIQDAN

Dünyanın ən qəmgin fili öldü -TƏNHALIQDAN

DÜNYA

904

07.03.2019, 09:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  İspaniyada bir zooparkda 43 ildir tək yaşayan və \"Dünyanın ən qəmgin fili\" kimi tanınan Flavia ölüb.
Oxu24.com  ölkə.az-a istinadən bildirir ki, 47 yaşlı Flavia ömrünün 43 ilini İspaniyanın cənubundakı Kordova zooparkında tək yaşayıb.
Müxtəlif heyvan hüquqları müdafiəçiləri bir neçə il müxtəlif xilasetmə cəhdləri etsələr də, uğur əldə edə bilməmişdilər. Eyni zamanda Flavianın başqa fillərlə görüşünü də təmin etmək mümkün olmamışdı.
İspaniya mətbuatının xəbərinə əsasən, filin sağlamlıq problemləri olub və bir neçə ay əvvəl kəskinləşərək depresiyaya düşüb. Ötən həftənin cümə günü isə fil qəfəsində yerə çöküb və bir daha ayağa qalxmayıb.