Qaynar xətt:

(+99450) 247 90 86

Qəzada ölən 6 nəfər Azərbaycan vətəndaşıdır - Hadisə yerindən kadrlar

2019-03/1551857577_dtp2_io.jpg

DÜNYA

2201

06.03.2019, 11:31

  Rusiyanın Stavropol diyarının Koçubeevski rayonunda “Mercedes Vito” markalı miniven “ZİL” markalı yük avtomobili ilə toqquşub.
Femida.az -ın “RİA Novosti”yə istinadən xəbərinə görə, nəticədə 6 Azərbaycan vətəndaşı ölüb, 5 nəfər isə xəsarət alıb. 4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə, hadisə səhər saat 5 radələrində baş verib. Minivenin içərisində 8 Azərbaycan vətəndaşı olub. Sərnişinlər Azərbaycandan Moskvaya gedirmiş. Qəzanın səbəbləri araşdırılır. {banner_reklam1}