Bakıdan Tiflisə gedən qatarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
21 May 2026, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3023
18.03.2022, 09:53
“Ukrayna müdafiə qüvvələrinin son sutka ərzində vəziyyətində və fəaliyyət xarakterində əsaslı dəyişiklik baş verməyib”.
Oxu24.com-un xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gün ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb, düşmənin itkiləri dəqiqləşdirilir:
“Ötən gün Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı və hücum təyyarəsi düşmənin hərbi texnikasının karvanlarına güclü zərbələr endirib. Ukraynanın zenit-raket qoşunları və qırıcıları düşmənin 14 hava hədəfini, o cümlədən 7 təyyarəsini, bir helikopterini, 3 PUA-sını və 3 qanadlı raketini vurub”.
Məlumata görə, Rusiyanın canlı qüvvə resursları əhəmiyyətli dərəcədə tükənib: “Müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya işğalçıları dinc əhaliyə ərzaq məhsulları paylamaqla özlərinə müsbət imic yaratmağa çalışırlar.
Onlar ukraynayönlü fəalların, dövlət qulluqçularının, antiterror əməliyyatınin iştiraklçılarının və onların ailə üzvlərinin, eləcə də işğala qarşı müqaviməti təşkil etməyə qadir olan başqa vətəndaşların axtarışını aparır. Həmin ərazilərdə Rusiyaya qarşı olan qüvvələri saxlayırlar.
Rusiya itkilər verməkdə davam edir. Qarşı tərəfin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti fərarilik və muzdluların Ukraynaya qarşı müharibədə iştirakdan imtina etməsi hallarının artmasına səbəb olur”, - nazirlikdən bildirilib.
SON DƏQİQƏ! Ukrayna və Rusiya razılığa gəldi - RƏSMƏN ELAN OLUNDU
16:07 / 21 May 2026
1
16:02 / 21 May 2026
8
16:00 / 21 May 2026
13
15:54 / 21 May 2026
18
15:46 / 21 May 2026
29
15:43 / 21 May 2026
35
15:31 / 21 May 2026
30
15:24 / 21 May 2026
50
15:02 / 21 May 2026
134
15:01 / 21 May 2026
299
14:59 / 21 May 2026
60
14:53 / 21 May 2026
59
14:49 / 21 May 2026
48
14:47 / 21 May 2026
56
14:34 / 21 May 2026
133
14:02 / 21 May 2026
71
14:01 / 21 May 2026
165
13:57 / 21 May 2026
58
13:44 / 21 May 2026
75
13:35 / 21 May 2026
228
13:31 / 21 May 2026
160
13:27 / 21 May 2026
74
13:26 / 21 May 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.