Emin Ağalarov 99 milyon dollarlıq LAYİHƏ EDƏCƏK
09 Noyabr 2026, 15:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
490
23.11.2021, 17:46
Dələduzluqda təqsirləndirilən Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
OXU24.COM-un APA-ya istinadla xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H. Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, polis polkovniki Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.
Ermənistanla sərhəddə baş verənlərlə bağlı CİNAYƏT İŞİ açıldı
İttihama görə, H. Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki, H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.
2016-cı ildə H.Muradxanov həyat yoldaşı M. Muradxanovadan boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.
Bundan sonra obyekti alan qadın D. V. polis polkovnikindən şikayətçi olub. O, iddia edib ki, sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirib. Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.
H. Muradxanov uzun illər Şamaxı Polis Şöbəsində rəis müavini olub.
16:06 / 09 Noyabr 2026
1
15:54 / 09 Noyabr 2026
136
15:49 / 09 Noyabr 2026
53
15:47 / 09 Noyabr 2026
87
15:45 / 09 Noyabr 2026
112
15:40 / 09 Noyabr 2026
146
15:34 / 09 Noyabr 2026
64
15:23 / 09 Noyabr 2026
86
15:13 / 09 Noyabr 2026
97
15:05 / 09 Noyabr 2026
446
15:00 / 09 Noyabr 2026
112
14:58 / 09 Noyabr 2026
91
14:55 / 09 Noyabr 2026
108
14:42 / 09 Noyabr 2026
97
14:37 / 09 Noyabr 2026
93
14:29 / 09 Noyabr 2026
435
14:22 / 09 Noyabr 2026
239
14:17 / 09 Noyabr 2026
107
14:06 / 09 Noyabr 2026
1229
14:04 / 09 Noyabr 2026
129
13:44 / 09 Noyabr 2026
917
13:21 / 09 Noyabr 2026
141
13:11 / 09 Noyabr 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.