Departament rəhbəri bu xanım OLDU
09 Noyabr 2026, 16:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
560
21.11.2021, 22:15
Ağdaşda 15 yaşlı qızla evlənən 24 yaşlı şəxsə cinayət işi açılıb. Məhkəmə onun barəsində hökm çıxarıb. İfadələrdən məlum olub ki, qızın 4 yaşı olanda evləndiyi oğlanla göbəkkəsdi ediblər.
OXU24.COM musavat.com-a istinadla xəbər verir ki, işin üstü toydan sonra açılıb. 24 yaşlı Qasımın (ad şərtidir) 15 yaşlı Çiçəklə (ad şərtidir) toyu olub. Qız toyu onun anasıgilin həyətində, oğlan toyu isə rayonda şadlıq sarayında keçirilib.
Bu hadisədən sonra Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Qasımla Çiçək həm də qohumdur.
Qasım deyib ki, ailə qurduğu Çiçək onun qohumu olub, ailəvi gediş-gəlişləri də var imiş.
Bir-birlərini uzun müddət sevdiklərini deyən Qasım bildirib ki, ailə qurmaq qərarına gəldiklərini valideynlərinə deyiblər və onlar da etiraz etməyib.
Onun sözlərinə görə, 4 yaşları olanda valideynləri onları göbəkkəsdi ediblər. İşin maraqlı tərəfi budur ki, göbəkkəsdidən sonra Çiçəyi də Qasımın ailəsi saxlayıb.
Çiçək 15 yaşına çatanda onların əvvəlcə qız toyu olub. Qız toyu Çiçəyin valideyinlərinin həyətində baş tutub. Oğlan toyu isə rayondakı şadlıq sarayında keçirilib.
Onların hər ikisi xoşbəxt olduqlarını deyiblər. Çiçək 2020-ci ildə - 16 yaşında ana olub...
Araşdırmalar zamanı Çiçək, onun valideynləri və Qasımın valdieynləri də eyni məzmunlu ifadə veriblər.
Tərəflərin bir-birindən şikayətçi olmaması Qasımın cəzasını yüngülləşdirib və ona 1 il müddətinə şərti cəza təyin edilib.
16:43 / 09 Noyabr 2026
16
16:37 / 09 Noyabr 2026
37
16:32 / 09 Noyabr 2026
42
16:28 / 09 Noyabr 2026
56
16:25 / 09 Noyabr 2026
106
16:23 / 09 Noyabr 2026
67
16:19 / 09 Noyabr 2026
81
16:06 / 09 Noyabr 2026
149
15:54 / 09 Noyabr 2026
445
15:49 / 09 Noyabr 2026
81
15:47 / 09 Noyabr 2026
166
15:45 / 09 Noyabr 2026
215
15:40 / 09 Noyabr 2026
624
15:34 / 09 Noyabr 2026
78
15:23 / 09 Noyabr 2026
102
15:13 / 09 Noyabr 2026
117
15:05 / 09 Noyabr 2026
619
15:00 / 09 Noyabr 2026
129
14:58 / 09 Noyabr 2026
101
14:55 / 09 Noyabr 2026
126
14:42 / 09 Noyabr 2026
107
14:37 / 09 Noyabr 2026
100
14:29 / 09 Noyabr 2026
590
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.