Qaynar xətt:

(+99450) 247 90 86

Şamaxıda baş verən zəlzələ fəsad törədib? - Açıqlama

Şamaxıda baş verən zəlzələ fəsad törədib? - Açıqlama

CƏMİYYƏT

390

20.11.2021, 20:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb, xəsarət alan olmayıb.

Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Zəlzələ nəticəsində Şamaxı şəhəri və ətraf kəndlərində hər hansı fəsad qeydə alınmayıb.

Bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində - Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.