Həftəlik ulduz falı – Bürcləri nələr gözləyir?
09 Noyabr 2026, 19:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
450
15.11.2021, 00:19
Miokard infarktının ilk əlaməti döş sümüyünün arxasında (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir. Bu zaman ağrı çox güclü olub yandırıcı şəkildə hiss edilir. Hətta bəzən xəstə ağrı hissi çox dözülməz olduğu üçün qışqırmağa məcbur olur. Ağrı sol qol, çiyin, kürək, aşağı çənə, boyun və kürəklərarası sahəyə yayılır. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq - kəskin sıxılma, təzyiq, ağırlıq hissi yarana bilər. Belə olan halda, ağrı ürəkbulanma, qusma, soyuq tər, həyəcan, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəsalmanın çətinləşməsi, huşun itməsi ilə müşayiət olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev ürəyin miokard infarktı barədə danışaraq deyib.
Həkim-mütəxəssis bildirib ki, bir sıra hallarda xəstə heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər: "Bu, miokard infarktının ağrısız formasıdır və adətən uzun müddət şəkərli diabeti olan xəstələrdə müşahidə edilir. Miokard infarktı keçirən xəstələr ilk yardım kimi nitroqliserin qəbul etdikdən sonra da ağrı keçmir və 15 dəqiqədən çox davam edirsə, xəstəyə təcili yardım çağırmaq lazımdır. Ağrıya dözərək vaxt itirmək məsləhət deyil. Kəskin ürək ağrıları zamanı tibbi yardımın gecikdirilməsi xəstənin həyatdaqalma şansını azaldır".
E.Hacıbalayevin dediyinə görə, təcili yardım həkimi gələnə qədər baş hissəsi bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzatmaq, onun üçün tam sakitlik yaratmaq, otağın nəfəsliyini və ya pəncərəsini açmaq lazımdır. Xəstəyə dilinin altına qoymaqla nitroqliserin həbi vermək və onu tamamilə sovurmağı tapşırmaq lazımdır. İkinci həb isə yalnız 5 dəqiqədən sonra verilir. Bunu 3 dəfədən artıq təkrar etmək olmaz. Əgər nitroqliserin yoxdursa, onu validolla əvəz etmək olar. Mütləq xəstənin arterial təzyiqini ölçmək lazımdır. Çünki miokard infarktı zamanı arterial təzyiq kəskin şəkildə düşə bilər. Əgər arterial təzyiq çox aşağıdırsa, xəstəyə nitroqliserin və validol vermək olmaz. Əks-göstəriş yoxdursa, xəstəyə 1 həb aspirin vermək olar. Bu, tromb yaranması prosesini zəiflətmək üçün istifadə edilir. Təcili yardım həkimi xəstəni müayinə etdikdən sonra miokard infarktı olduğuna şübhələnərsə, xəstə tez bir zamanda və yalnız xərəkdə ixtisaslaşmış tibb müəssisəsinə aparılmalıdır".
Həkim-kardioloq, həmçinin miokard infarktı ilə ürək tutması arasındakı fərqlərdən danışıb: "Miokard infarktı əsasən ateroskleroz səbəbi ilə koronar damarların daralması nəticəsində meydana gələn miokardın qan təchizatının kəsilməsindən qaynaqlanır. Ürək tutması və ya qan dövranının dayanması isə ürəyin təsirli bir şəkildə yığılmaması səbəbindən qan dövranının dayanmasıdır. Qan təchizatının kəsildiyinə görə miokardın pozulmuş funksiyasına miokard infarktı, nasos funksiyasının pozulmasına görə qan dövranının dayanmasına isə ürək tutması deyilir. Ürək dayanması zamanı xəstə birdən yıxılır. Onu da qeyd etmək lazımdır ki, miokard infarktı elə ürək tutmasının əsas səbəbidir. Ürək tutması reanimasiya cəhdləri ilə müalicə olunur".
19:27 / 09 Noyabr 2026
1
19:25 / 09 Noyabr 2026
10
19:19 / 09 Noyabr 2026
34
19:15 / 09 Noyabr 2026
56
19:12 / 09 Noyabr 2026
107
19:11 / 09 Noyabr 2026
66
19:01 / 09 Noyabr 2026
46
18:57 / 09 Noyabr 2026
141
18:46 / 09 Noyabr 2026
72
18:41 / 09 Noyabr 2026
95
18:38 / 09 Noyabr 2026
135
18:31 / 09 Noyabr 2026
112
18:25 / 09 Noyabr 2026
895
18:23 / 09 Noyabr 2026
109
18:14 / 09 Noyabr 2026
99
18:02 / 09 Noyabr 2026
411
17:57 / 09 Noyabr 2026
113
17:56 / 09 Noyabr 2026
90
17:55 / 09 Noyabr 2026
115
17:38 / 09 Noyabr 2026
274
17:36 / 09 Noyabr 2026
136
17:22 / 09 Noyabr 2026
223
17:14 / 09 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.