Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda dövlət çevrilişinə hazırlıqla bağlı planlar olub.

Gürcüstanda dövlət çevrilişinə hazırlıqla bağlı planlar olub.

CƏMİYYƏT

353

29.10.2021, 23:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


 

OXU24.COM xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, üçüncü prezident Mixeil Saakaşvilinin tərəfdarları dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar. Onlar sabiq dövlət başçısının xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi halda yolları bağlamaq, xaos və nəzarət olunmayacaq vəziyyət yaratmaq barədə düşünüblər.

DTX bu planların müzakirə olunduğunu sübut edən səsyazısı da təqdim edib.

Faktla bağlı Cinayət Məcəlləsinin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət çevrilişi, hakmiyyətin ələ keçirilməsinə yönələn hərəkətlər maddəsi üzrə istintaq aparılır.