4,4% artım olacağı proqnozlaşdırılır
11 Noyabr 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1178
07.08.2021, 21:33
Deputat Tahir Kərimli Milli Məclisin növbədənkənar iclasındakı çıxışından sonra həmkarlarının ona qarşı münasibətinin xeyli dəyişdiyini, hətta çoxlarının qorxudan onunla ünsiyyətdən qaçdığını bildirib.
Xatırladaq ki, T.Kərimli həmin iclasda Xaçmazı təmsil edən deputat Eldəniz Səlimovun polis işçisini döydüyünə görə deputat toxunulmazlığının götürülməsinin doğru olmadığını demişdi.
“OXU24.COM” xəbər verir ki, T.Kərimli “Reaksiya.tv”-yə müsahibəsində həmin çıxışından sonra sosial şəbəkələrdə və saytlarda barəsində təhqiramiz yazılar yazılmasından gileylənib və eyni zamanda həmkarlarından da narazılığını bildirib: "Təsəvvür edin, bu çıxışımdan sonra ən yaxın dostum, deputat həmkarım məni övladının toyuna çağırmadı. Hətta mənimlə bir liftə minməyə qorxurlar".
Maraqlıdır ki, T.Kərimli bu gileyini bildirərkən, konkret olaraq, hansı deputat həmkarını nəzərdə tutub?

Mətbuat səhifələrini izlədikdə məlum olur ki, son günlərdə Milli Məclis üzvlərindən övladına toy edən yalnız bir nəfər olub - 86 saylı İsmayıllı Seçki Dairəsindən deputat olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov. Hətta bu toyda karantin qaydalarının kobud şəkildə pozulduğuna dair mətbuatda çoxsaylı məlumatlar, fotolar da dərc edilmişdi. Qeyd olunurdu ki, deputatın qızı üçün Bakının tanınmış restoranlarından birində təşkil etdiyi məclisdə 300 nəfərə yaxın adam olub. Bu isə karantin müddətində toy məclisləri üçün müəyyən edilən 150 nəfərlik məhdudiyyətdən iki dəfə çoxdur. Toya millət vəkilinin qohumları ilə yanaşı deputat həmkarlarının də qatıldığı bildirilirdi.
Qeyd edək ki, T.Kərimli və N.Aslanov eyni rayondan – İsmayıllıdan deputat seçiliblər. N.Aslanov 86 saylı İsmayıllı, T.Kərimli isə 87 saylı Ağsu-İsmayıllı Dairəsindən deputat olub. Onların hər ikisinin “stajlı” (N.Aslanov 4, T.Kərimli isə 2 çağırış) deputat olduqlarını və eyni rayonu təmsil etdiklərini nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, T.Kərimli “yaxın dost və həmkar” deyərkən, çox böyük ehtimalla, məhz N.Aslanovu nəzərdə tutub.
Maraqlı olan həm də odur ki, T.Kərimlinin məlum çıxışı ilə N.Aslanovun qızının toyu eyni günə - avqustun 3-nə təsadüf edir. Ehtimal etmək olar ki, əvvəlcə T.Kərimli həmin toya dəvət olunub, lakin məlum çıxışından sonra “ən yaxın dostu və həmkarı” ona toyda iştirakının “məsləhət olmadığını” çatdırıb.
Təbii ki, bütün bu qeyd edilənlər sadəcə, ehtimaldır. Ancaq bunun reallığa çox oxşadığı da danılmazdır.
12:57 / 11 Noyabr 2026
1
12:54 / 11 Noyabr 2026
14
12:48 / 11 Noyabr 2026
35
12:44 / 11 Noyabr 2026
42
12:35 / 11 Noyabr 2026
96
12:32 / 11 Noyabr 2026
58
12:29 / 11 Noyabr 2026
63
12:24 / 11 Noyabr 2026
283
12:19 / 11 Noyabr 2026
145
12:15 / 11 Noyabr 2026
83
12:09 / 11 Noyabr 2026
74
11:57 / 11 Noyabr 2026
485
11:50 / 11 Noyabr 2026
107
11:49 / 11 Noyabr 2026
147
11:43 / 11 Noyabr 2026
655
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
139
11:28 / 11 Noyabr 2026
152
11:16 / 11 Noyabr 2026
325
11:13 / 11 Noyabr 2026
86
11:11 / 11 Noyabr 2026
129
11:06 / 11 Noyabr 2026
106
10:56 / 11 Noyabr 2026
451
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.