Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1291
13.07.2021, 09:37
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26 isti, gündüz 32-36 isti olacaq. Bakıda gecə 24-26 isti, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 33-38 isti, dağlarda gecə 13-18 isti, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 13-ü günün ikinci yarısından 15-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
18:39 / 11 Noyabr 2026
3
18:35 / 11 Noyabr 2026
28
18:30 / 11 Noyabr 2026
76
18:29 / 11 Noyabr 2026
70
18:23 / 11 Noyabr 2026
60
18:17 / 11 Noyabr 2026
116
18:13 / 11 Noyabr 2026
92
18:06 / 11 Noyabr 2026
426
18:01 / 11 Noyabr 2026
73
17:42 / 11 Noyabr 2026
203
17:40 / 11 Noyabr 2026
150
17:35 / 11 Noyabr 2026
221
17:16 / 11 Noyabr 2026
95
17:13 / 11 Noyabr 2026
191
17:12 / 11 Noyabr 2026
98
16:35 / 11 Noyabr 2026
110
16:07 / 11 Noyabr 2026
160
16:04 / 11 Noyabr 2026
359
16:01 / 11 Noyabr 2026
125
16:00 / 11 Noyabr 2026
104
15:50 / 11 Noyabr 2026
121
15:50 / 11 Noyabr 2026
130
15:40 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.