Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukrayna agentini yaxalayaraq qovdu

Rusiya Ukrayna agentini yaxalayaraq qovdu

CƏMİYYƏT

1251

07.06.2021, 20:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Rusiya Federal Təhlükəsizlik Bürosu (FTB) Ukrayna təhlükəsizlik Servisinin (USB) agenti Aleksey Semenyakanı yaxalayaraq deportasiya edib.

“Oxu24.com” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə FTB məlumat yayıb.
Aleksey Semenyakanın Ukrayna Təhlükəsizlik Servisində vəzifədə olan Timur Qasımov və İqor Çernyakla əlbir olduğu bildirilib.

Semenyakanın üzərindəki elektron cihazlarda UTS işçilərindən Rusiyanın təhlükəsizliyinə zərər verəcək məsələlərdə dəstək tələb edən mesajlar təsbit edildiyi qeyd olunub.
FTB-nin gördüyü təhlükəsizlik tədbirləri nəticəsində A.Semenyakanın Rusiyaya zərər verə biləcək addımlar atmasının qarşısı alınıb.

Agent 3 iyunda deportasiya edilib. Onun 25 il müddətində Rusiyaya girişinə qadağa qoyulub.