Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1398
07.06.2021, 18:31
Oxu24.com APA-ya istinadən bildirir ki, ötən gün axşam saatlarından başlayaraq, ölkənin şimal-qərb bölgəsində - Balakən, Zaqatala, Qax və Şəki rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü küləklə müşayiət edilən qısamüddətli laysan yağıb. Bölgənin dağ çaylarında suyun səviyyəsi artıb. Güclü külək br sıra ərazilərdə ağacları qırıb.
Bu gün 18 minə yaxın şagird "Azərbaycan dili" imtahanı verib - YENİLƏNİB
Nazirlik: Həssas qrupa aid heyvanların ovlanmasına icazə verilməyə bilər
Mingəçevir sakinini döyə-döyə öldürən şəxs həbs edilib
Şəkinin Kiş kəndindən dağlıq əraziyə yaylağa gedən üç nəhər kənd sakini geri qayıdarkən yolda leysana düşüblər. Kənd ərazisindən axan Qurcana çayını atla keçmək istəyən, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədov atdan yıxılaraq çaya düşüb. Çayda suyun çox olması səbəbindən A. Əhmədov suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 25 yaşlı A. Əhmədovun bir müddət əvvəl ailə həyatı qurduğu bildirilir.
Güclü külək və leysan yağışları səbəbindən rayonun Baş Göynük, Aşağı Göynük və Baş Şabalıd kəndlərində bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb, xırda suötürücü körpülərə ziyan dəyib. Qaz, elektrik və telefon xətlərinin üstünə ağcların aşması səbəbindən infrastruktura və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Güclü külək rayonun Birinci Biləcik kəndində, kənd sakini Asiman Telman oğlu Bədiyevə məxsus fərdi yaşayış evində dağıntılar törədib. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa, həyətyanı sahənin hasarı da bir neçə yerdən dağılıb.
Güclü külək və leysan yağışları səbəbindən baş verən fəsadları aradan qaldırmaq istiqamətində və dəymiş ziyanın hesablanması ilə bağlı Şəki rayon fövqaladə hallar komisiyasının əməkdaşları ərazilərə ezam edilib, müvafiq qrumlara məlumat verilib.

03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.