Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1860
06.06.2021, 22:05
"Kəlbəcərdə yaşanan faciə mütəmadi olaraq təkrarlana bilər. Çünki hələ ki sərhəd qurulmayıb və regionla, relyeflə tanış olan şəxslər bilir ki, orada sadəcə sərhəd qoşunları və ordu ilə nəzarəti tam şəkildə həyata keçirmək o qədər də asan deyil”.
Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan tərəfi beton divarlar çəkməlidir. Bu addımla dünyaya ciddi mesaj verilə bilər ki, Ermənistan diversiya qrupları terrorçuluq fəaliyyəti ilə məşğuldur”.
İ.Ağazadə sədd çəkilməsinin dünyaya mesaj olduğunu da qeyd edib:
"Çətin və relyef keçilməz olsa da, 150-200 milyon vəsaitlə burada beton sərhədlər çəkmək, müasir müşahidə kameraları quraşdırmaq, eləcə də Ermənistanla bütün təması kəsmək lazımdır.
Ermənistanla təmas sıfıra endirilməyənədək diversiya qruplarının qarşısını almaq çox çətin olacaq. O cümlədən əsgərlərimiz, sərhədçilərimiz üçün, eləcə də dinc sakinlər məskunlaşdıqdan sonra da onlar üçün təhlükələr olacaq. Beynəlxalq təşkilatlar uzaqlaşaraq bəyanat verəcək, heç kəs bizim yerimizə sərhəd qorumayacaq.
O minalar işlək yola yeni basdırılıb, çoxdan basdırılmış minalar deyil. Çünki həmin yol təminat yolu idi və kifayət qədər işlək idi. Burada mina ilə üzləşmək çoxdanın məsələsi deyildi.
Bu tipli addımları əngəlləmək üçün ən azı Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı istiqamətində 4 metr hündürlükdə, yarım metr enində beton istehkamlar çəkməlidir. İstinad divarları mərkəzləşdirilmiş müşahidə kameraları ilə təmin edilməlidir.
Bu addımla biz dünyaya da mesaj verəcəyik ki, Ermənistan sərhədlərinə iddia etmirik və BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində bu ölkə ilə qonşuluq çərçivəsində yaşamağı qəbul edirik.
Çox təəssüf ki, bəzən Azərbaycan tərəfi emosional şəkildə tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur, İrəvan haqda şüarlar səsləndirir. Lakin BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsi mövcuddur. Bu gün hələlik müzakirə mövzusu bunlar deyil. Bu gün sadəcə regionumuzun, Azərbaycanın, həmçinin işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini təmin etmək məsələsi bizim ümdə vəzifəsidir”.
Müsavat Partiyasi İcra Aparatının rəhbəri Gülağa Aslanlı indiki məqamda Azərbaycan diasporunun hərəkətə keçməli olduğunu bildirib:
"Bu gün Azərbaycan hakimiyyətinin əsas vəzifəsi, bütün diplomatik kanallar vasitəsilə dünyaya, ermənilərin azad olunan Azərbaycan torpaqlarında yerləşdirdikləri minaların xəritəsini verməkdən imtinasına yönəltmək olmalıdır.
Dünya ilə işləmək, fakt və sənədləri beynəlxalq təşkilatlara yaymaq lazımdır. Diaspora təşkilatları nəhayət hərəkətə keçməlidir.
Mina qurbanlarının şəxsiyyətini təsdiq edən sənədlər, onların həlak olduqları şərait haqqında videogörüntülər dünyanın rəsmi dövlət orqanlarına və beynəlxalq təşkilatlara təqdim olunmalıdır”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə sülhməramlı qüvvələri ittiham edib:
"Şuşa ətrafında gedən atışmalar, Kəlbəcərdə əsgərlərimizə edilən hücumlar, iki jurnalistimizin həlak olması Azərbaycan xalqına qarşı erməni və rusların açıq müharibəsidir. Bunu gizlətməyin mənası yoxdur. Burda Rusiya böyük oyun oynayır, erməniləri ordan qızışdırıb üstümüzə salırlar. Bəs görən biz niyə dillənmirik? Nəyə görə susuruq? Hanı bəs sülhməramlı qüvvələr?”.
Əzizə Zeynal
Sfera.az
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.