Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1525
06.06.2021, 20:06
Quranda İbrahimin (ə) etdiyi 20-dən çox dua bəyan edilmişdir. Bu dualar etiqadi, əxlaqi və əməli xarakter daşıyır.
Etiqadi dualar.
Tövhidlə bağlı dua: "Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!"". ("İbrahim" 35).
Nubuvvətlə bağlı dua: "Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!". ("Bəqərə" 129).
İmamətlə bağlı dua: "Rəbbi dedi: "Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim". (İbrahim) dedi: "Övladlarımdan necə?" Dedi: "Mənim əhd-peymanım zalımlara nəsib olmaz"". ("Bəqərə" 124).
Əməli dualar.
""Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!"". ("İbrahim" 40).
Əxlaqi dualar.
""Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhimli Sənsən!"". ("Bəqərə" 128).
Bu duaların hamısında Həzrət İbrahim (ə) Allahdan həm özü və həm də ailəsi üçün xeyir və bərəkət istəyir. Allahdan istəyir ki, ona təslim olan bəndələrdən olsun. Əməldə mütiliyini nümayiş etdirə bilsin. Əxlaqda başqaları üçün nümunə olsun. Etiqadi mövzularda axsamasın və haqq yolundan azmasın.
Uca Allah bu dualar vasitəsilə bizə dua etmək mədəniyyətini öyrədir və necə dua etməli olduğumuzu bir daha bizə xatırladır.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.