Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3625
06.06.2021, 01:14
Sağlam orqanizmə sahib olmaq hər bir insanın arzusudur. Amma çoxları bilmir ki, kişi orqanizmi ilə qadınınki fərqlidir. Yəni, kişilər üçün xeyirli olan qidalar, xanımlara ziyan verə bilərlər. Buna görə də mütəxəssislər kişilər üçün hər zaman fərqli pəhriz, xeyirli qidalar siyahısı hazırlayırlar.
Oxu24.com axşam.az-a istinadən güclü cinsin nümayəndələri üçün sağlam qalmağın 7 yolunu təqdim edir:
1. Sağlamlığın ilk dostu idmandır. Əgər idman etməyə vaxtınız yoxdursa, onda... Mütəxəssislər məsləhət görürlər ki, səhər işə gedərkən liftdən yox, pilləkəndən istifadə edin. Özüdə pilləkənləri yavaş-yavaş yox, qaça-qaça çıxıb-düşməyə çalışın.
2. Boyun ağrısını özünüz müalicə edin... İşiniz oturaqdırsa və ya gün ərzində kompüter qarşısından dura bilmirsinizsə, onda sözsüz ki, boynunuzda və belinizdə ağrılar olacaq. Qələmi dişlərinizin arasına qoyun və əlifbadakı bütün hərfləri - A-dan Z-yə kimi hamısını havada yazmağa çalışın. Yorulmasanız, özünüzün və sevgilinizin də adını "yaza bilərsiniz".
3. Xəstələnməmək üçün... Dəniz duzu alın. Ondan 1 çay qaşığı ilıq suya töküb, hər səhər qarqara edin. Bu, həm dişlərinizi möhkəm, bəyaz saxlayacaq, həm də sizi qrip və boğaz ağrısından qoruyacaq.
4. Özünüzü yorğun hiss edirsinizsə... İşdən gələndən sonra ilıq suya təmiz bal töküb, qarışdırın. Həmin su ilə alnınızı və çiyinlərinizi masaj edin. Bu, qan dövranını yaxşılaşdırırb, maddələr mübadiləsinin normal dövriyyəsinə kömək olacaq. Həm də xizi başağrısından xilas edəcək.
5. Həmişə enerjili olmaq üçün... Gecə yatmazdan əvvəl 11 dəqiqə qulağınızın sırğalığını masaj edin. Bu, kişilərdə impotentlik riskini 90 faiz azaldır.
6. Əsəblərinizi sakit saxlamaq üçün... İspanaq və vəzərini ət maşınından keçirib, hər gün onun suyundan 2 xörək qaşığı qəbul etsəniz dünya dağılsa da vecinizə olmayacaq.
7. Yeməkdən sonra mədədə narahatçılıq varsa… Yeməkdən sonra bir dilim banan yemək mədədəki narahatçılığı aradan qaldırar.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.