Qaynar xətt:

(+99450) 247 90 86

Araz Musayevlə bağlı qərar qəbul ediləcək - FHN-nin generalından AÇIQLAMA

Araz Musayevlə bağlı qərar qəbul ediləcək - FHN-nin generalından AÇIQLAMA

CƏMİYYƏT

1157

04.06.2021, 13:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirib. 

Özünü qanunsuz tikilinin sahibi kimi təqdim edən dünya və Avropa çempionu Araz Musayevlə bağlı FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayoru Hikmət Abbasov açıqlama verib. 

General bildirib ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari Sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi  Araz Musayevin əməlləri araşdırılır:

"Onunla bağlı yekun qərar araşdırıldıqdan sonra yaxın günlərdə nazirlik tərəfindən qəbul ediləcək". // Unikal.org