Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1656
01.06.2021, 18:45
"İnsan çalışırsa, onun işinə fikir bildirən, tənqid edən olmalıdır. Lakin təhqir etmək olmaz".
OXU24.COMsherq.az-a istinadən xəbər verir ki, bu sözləri "Onun sirri" proqramında aparıcı Elgiz Əkbər ona bir vaxt "eybəcər" deyən xalq artisti haqda söyləyib. O ad çəkməsə də, bunları əlavə edib:
"Həmin adam qəzetə haqqımda müsahibə verir və məni yıxıb-sürüyür. Mənim də xəbərim yoxdur. Biri də söyləmir ki, çox dəyərli xalq artisti səninlə bağlı belə danışıb. Qonşumuzda Ruqiyyə adlı jurnalist qız yaşayırdı. Bir gün anamla-atam evdə oturublar. Həmin Ruqiyyə bizə gəlir, deyir ki, çox üzülmüşəm. Anam söyləyir ki, nə olub, qızım? Qayıdıb ki, sizin oğlunuz haqda xalq artisti qəzetə danışıb o uşağı nə günə qoyub. Anam təəccüblənib. Sonra Ruqiyyə qəzeti anama verib. Atamla birgə qəzeti oxuyublar.
Anam ağlayıb, atamın halı pisləşib. Bəlkə də atam dünyasını dəyişməsə, indi belə pis olmazdım. Atam deyib ki, xalq artistini tapmağa gedirəm. Onun bir dostu var, Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasında sürücü olub.
Atam həmin adamı tapmaq üçün dostu ilə danışıb. O da ağıllı insandır, atama məsləhət verib ki, bu işə qarışmasın. Mən də o xalq artistinə cavab vermədim.
Aparıcılıq qabiliyyətimi bəyənməyə bilərsiniz. Bəs niyə məni təhqir edirsiniz? Sonda deyib ki, elə eybəcər efirdə ola bilməz. Dəhşətə gəldim, çünki bu insanla görüşəndə söhbət edirdik. O vaxt mənim işlədiyim müəssisə ilə əməkdaşlıq edirdi. Biz tez-tez rastlaşırdıq".
E.Əkbər sözügedən xalq artistinin oğlunun dünyasını dəyişdiyini söyləyib:
"Onun oğlunu çox gözəl tanıyırdım. Atamın adından cavab müsahibəsi hazırlatdırardım. Amma etmədim. Onun oğlu çox gənc yaşda ölüb. Oğlunu itirən bir ataya mənim cavabım ağrı verərdi. Valideynlərimi sakitləşdirdim. Sonra qəzeti gətirəni çağırdım, dedim, sən hansı məqsədlə bunu etmisən? Nə ixtiyarla valideynlərimə o qəzeti vermisən? Onun məqsədini də başa düşdüm. Bunlar beş il əvvəl baş verib. Yenə də qəlbimdə yaradır. Onun müsahibəsindən xəbərim yoxikən Kübra Əliyevanın oğlunun yasına getdim. Biz bununla eyni vaxtda gəldik. Gəldim dayandım,baş sağlığı verirdim. Gördüm budur. Həmişə mənimlə hal-əhval tutan insan yanımdan düz keçdi".
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.