Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana koronavirusla bağlı ŞAD XƏBƏR

Azərbaycana koronavirusla bağlı ŞAD XƏBƏR

CƏMİYYƏT

1304

31.05.2021, 21:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bu gün koronavirus infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, 4913 nəfər vəfat edib. Aktiv xəstə sayı 4478 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 513 min 989 test aparılıb. Bugünkü test sayı isə 4815-dir