Qaynar xətt:

(+99450) 247 90 86

Tahir Kərimli: “Ölüm haqqında daha çox düşünürəm”

Tahir Kərimli: “Ölüm haqqında daha çox düşünürəm”

CƏMİYYƏT

2623

31.05.2021, 02:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin deputatı Tahir Kərimli son aylarda 3 yaxın qohumunu koronavirusdan itirib. Onlardan biri deputatın bacısıdır. Millət vəkilinin koronavirusa yoluxan digər qohumları hazırda xəstəxanada müalicə alırlar. T.Kərimli deyib ki, bu hadisələrə görə ölüm haqqında daha çox düşünür.

Deputat Pravda.az-a fikirlərini bölüşüb:

“Ata övladını həmişə çiynində daşıyar, oğul atanı bir dəfə (tabutda).

Beynimdəki bu fikir başqasının fikri ilə üst-üstə düşə bilər.

İnsanın ömürboyu həyatın mənası axtarışına yalnız ölüm son (cavab) verir. Əgər nə zamansa, “tapdım “desən, çox keçməz ki, pərişan olarsan. Sevgilin (vətən, yar, doğmalar) onun üçün ali fədakarlığını gözlər, hətta şəhid olmanı, ölməni görməyincə, sənə tam inanmaz. Vətən, əqidə üçün şəhid deyiləmsə, deməli, mənə inanmayanların da haqqı var. İlahi, mənə mənalı ölüm qismət et ki, son nəfəsimdə vicdanım ağrımasın. İlahi, məni vətən, millət qarşısında o dünyaya üzüqara göndərmə!”