Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1452
30.05.2021, 21:38
Həzrət Peyğəmbər (s) buyurur: "Camaatla qılınan bir namaz 40 il evdə qılınan fərdi namazdan daha üstündür".
Soruşurlar ki, bir gün qılınan namaz?
Buyurur: "Bəlkə bir namaz".
Bəli, camaat namazının əhəmiyyəti o qədər böyükdür ki, Məsumlarımız (ə) daima namazı bu cür qılmağı tövsiyə etmişdilər. Camaat namazı insanları bir yerə toplayar, aralarında məhəbbət və ülfətin yaranmasına səbəb olar, şəkk və şübhəni aradan aparar və müsəlmanların bir-birinə yaxınlaşmasına şərait yaradar.
Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edilir ki, buyurur: "Zöhr namazından sonra Cəbrayil (ə) 70 min mələklə birlikdə mənim yanıma gəldi və dedi: "Ey Muhəmməd! Allah sənə salam göndərir və sənin üçün iki hədiyyə göndərmişdir ki, indiyə qədər heç bir peyğəmbər üçün göndərməmişdir".
Həzrət (s) buyurur: "O iki hədiyyə nədir?".
Cəbrayil (ə) deyir: "1. Üç rükətli vitr namazıdır.
2. Camaat namazı şəklində qılınan beş namazdır".
Həzrət Peyğəmbər (s) buyurur: "Ey Cəbrayil! Camaat namazının mənim ümmətim üçün nə faydası vardır?".
Cəbrayil (ə) deyir: "Ey Muhəmməd (s)! Əgər camaat namazında 2 nəfər iqtida edərsə, Allah hər bir insana hər rükətdə 150 namazın (savabını) yazar.
O zaman ki, camaat namazında 3 nəfər iqtida edərsə, Allah hər bir nəfər üçün bir rükətdə 600 namazın (savabını) yazar.
Say 10 nəfəri ötənə qədər, savab da artar. Bu halda əgər səma - səhifə və kağız, ağaclar - qələm, cin, ins və mələklər - katib (yazan) olarsa, bir rükətin savabını yaza bilməzlər.
Ey Muhəmməd! Camaatla qılınan namazın ilk təkbirini dərk etmək, 600 min həcc və ümrədən daha fəzilətlidir. Dünyadan və onda olanlardan 70 min dəfə daha üstündür.
İmam-camaatın arxasında qılınan bir rükət namaz, yoxsula 100 min dinar sədəqə verməkdən daha üstündür. Camaat namazında möminin bir səcdəsi, 100 qul azad etməkdən daha üstündür".
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.