Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1695
28.05.2021, 23:35
“Ermənistanın sərhəddə təxribatlar törətməkdə məqsədi öz əməllərini Azərbaycanın üzərinə ataraq, təcavüzkar ölkə kimi qələmə verməkdir”.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz Metbuat.az-a açıqlamasında belə deyib. O bildirib ki, İrəvan təxribatlar törətməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi gücünü bölgəyə cəlb etmək istəyir:
“Ermənistan hakimiyyətinin başqa məqsədləri də var. Onlar ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə işğalçı ölkənin düçar olduğu acınacaqlı məğlubiyyəti unutdurmaq istəyirlər. Həmçinin, 10 noyabr bəyanatında əks olunan digər tələblərin yerinə yetirilməsini ləngitmək və seçkiqabağı dövrdə daxili siyasətdə manipuliyasiya etmək istəyirlər”.
Yücel Karauz bildirib ki, təxribatçı atəşlərin bir qismi Ermənistandan, bir qismi isə Qarabağdakı hələ də silahını təhvil verməyən erməni terrorçularından gəlir:
“Qarabağdakı, xüsusilə də Şuşaya qarşı açılan atəşlər və cinayət fəaliyyətləri oradakı ermənilərin terror təşkilatının əməlidir. Buna görə də Birgə Monitorinq Mərgəzində fəaliyyət göstərən Rusiya və Türkiyənin hərəkətə keçməsi lazımdır. Yəni bu terror əməllərini həyata keçirənlərin yerinin müəyyən edilməsi, bunun qarşısının alınması və Ermənistana xəbərdarlıq edilməsi vacibdir. Bəlli oldu ki, işğalçılar boş dayanmaq niyyətində deyillər. Ona görə də, Rusiya, Azərbaycan və Ermənistan tərəfinin ümumi razılığı əsasında sərhəd bölgəsində əsgərlərin bir-birilə təmasda olmamaları, 5 metrdən yaxın məsafədə bir-birilərinə yaxınlaşmamaları məsələsi gündəmə gətirilməlidr. Həmçinin terrorçuluq əməlləri davam edərsə Azərbaycan ordusu bu əməlləri törətməyə çalışan ünsürlərə qarşı hərəkətə keçib onları məhv etməlidir”
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.