Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1135
28.05.2021, 22:58
Gündəlik rasionda göyərtilərin özünəməxsus yeri var. Tərkibi mikro və makro elementlər, vitaminlər, amin turşuları və qida lifləri ilə zəngin olan göyərtilər orqanizmə müsbət təsir göstərir, hətta bir çox xəstəliklərin qarşısını alır. Yaşıl kələm, kahı, cəfəri, zəncəfilotu, ispanaq, çuğundur yarpağı, pazı, Çin kələmi, tərə və tərxun ən faydalı göyərtilər hesab edilir.
Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Göyərti zülallardan, hətta ət məhsullarından daha əhəmiyyətlidir, çünki onun tərkibində 8 amin turşusu və xlorofil var. Xlorofil insan orqanizmini oksigenlə zənginləşdirir. Orqanizmdə oksigen kifayət qədər olduqda virus, bakteriya və digər yad cisimlər məhv olur. Göyərti ilə qidalananlarda onkoloji xəstəliklər yaranması 50-60 faiz azalır. Müxtəlif mineral və vitaminlərlə zəngin olan həmin göyərtilər həzm sisteminə yaxşı təsir edir, beynin inkişafını gücləndirir, sümükləri möhkəmləndirir, toxumaları yaxşılaşdırır. Onlarla qidalanmaq damar divarındakı problemləri də aradan qaldırır, qanı təmizləyir".
Sarımsaq yemək arterial təzyiqə müsbət təsir göstərir, eyni zamanda dilin üstündə olan ərpi aparır, şüyüd yeyilməsi ur və köp zamanı faydalıdır, keşniş əsəbləri sakitləşdirir. Qida qəbulundan dərhal sonra mədədə şişkinlik əmələ gəlirsə, xörəyi keşnişlə yemək lazımdır.
Ağız qoxusuna qarşı çoxlu cəfəri yemək məsləhət görülür. Cəfəri iyi qovmaqla yanaşı, qanı qatılaşdırır. Onun tərkibində olan K vitamini qanaxmaya meyilli olanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalı təsir göstərir.
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.