Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2756
26.05.2021, 22:00
ABŞ-ın Çikaqo şəhərinin sakini sonsuzluqdan əziyyət çəkən qızına kömək etmək və öz nəvəsi üçün surroqat ana olmaq qərarına gəlib
Belə ki, 29 yaşlı Breanna Lokvud və yoldaşı Aaron dörd il övlad sahibi ola bilməyiblər. Həkimlər onlara süni mayalanma etməyi məsləhət görüb. 73 min dollar xərc çəksələr də, Lokvud iki dəfə hamilə qalıb, lakin hər ikisində uşaq düşüb. Bu səbəbdən onda Aşerman sindromu (uşaqlıqda əmələ gələn yara səbəbindən döl daşıma qabiliyyətinin itməsi) yaranıb.
Lokvudun uzun müddət nənə olmaq arzusuyla yaşayan 51 yaşlı anası Culiya Lavinq qızına nəvəsi üçün surroqat ana olmaq istədiyini bildirib.
ABŞ-da surroqat ana olmaq üçün yaş həddi 35 yaşına qədərdir. Lakin Lavinq daim sağlamlığının qeydinə qalıb və müntəzəm olaraq marafon və triatlonda iştirak edib və sağlamlığı əla vəziyyətdə olduğu üçün, istisna olaraq, yaş həddi nəzərə alınmayıb.
2020-ci ilin mart ayında Lavinq nəvəsinə hamilə qalıb. Hamiləlik uğurlu alınıb. Uşağın noyabr ayında doğulacağı gözlənilir. Yaxın həftələrdə dölün cinsiyyəti də məlum olacaq.
Uşağın valideynləri Lavinqin yanında yaşayır və hər işində ona yardım edir.


07:20 / 12 Noyabr 2026
1
03:10 / 12 Noyabr 2026
121
01:25 / 12 Noyabr 2026
175
00:55 / 12 Noyabr 2026
153
00:43 / 12 Noyabr 2026
139
00:35 / 12 Noyabr 2026
346
00:33 / 12 Noyabr 2026
132
00:27 / 12 Noyabr 2026
143
00:24 / 12 Noyabr 2026
169
00:19 / 12 Noyabr 2026
171
00:17 / 12 Noyabr 2026
277
00:11 / 12 Noyabr 2026
165
23:54 / 11 Noyabr 2026
144
23:52 / 11 Noyabr 2026
142
23:50 / 11 Noyabr 2026
170
23:45 / 11 Noyabr 2026
1446
23:28 / 11 Noyabr 2026
134
23:24 / 11 Noyabr 2026
147
23:18 / 11 Noyabr 2026
161
23:09 / 11 Noyabr 2026
151
23:03 / 11 Noyabr 2026
142
23:01 / 11 Noyabr 2026
165
22:55 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.