Qaynar xətt:

(+99450) 247 90 86

Xiyar və pomidor həyətlərdə qalıb - VİDEO

Xiyar və pomidor həyətlərdə qalıb - VİDEO

CƏMİYYƏT

2806

26.05.2021, 10:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Göyçayda tonlarla xiyar və pomidor həyətlərdə tökülüb qalıb.

Oxu24.com xezerxeber.az-a istinadən bildirir ki, rayonun Ləkçılpaq kəndinin sakinləri istixanalarda becərdikləri məhsulları sata bilmirlər.

Xiyar yetişdirən təsərrüfat sahibləri bildirirlər ki, 10 gündən çoxdur məhsul yığımı aparılsa da, alıcı tapmaqda çətinlik çəkirlər. Ona görə də bu tərəvəz məhsulunun yerində qiyməti 3-5 qəpiyə qədər düşüb.

Pomidor yetişdirənlər də eyni aqibətlə üzləşiblər. İstixanalardan yığılan pomidorlar əllərində qalıb. Məhsulu əsasən Rusiya bazarlarına çıxaran kənd sakinləri indi çarəsiz qalıblar. Azərbaycan-Rusiya sərhədində qarşı tərəfdə yaranan problemə görə yük maşınlarının keçidinin ləngiməsi onların işini çətinləşdirib. Yerli bazarlarda da tələbat az olduğundan pomidor satılmır.

Maraqlıdır ki, Göyçayda 10 qəpiyə belə satılmayan pomidor paytaxt bazarlarında 1-2 manata, hətta marketlərdə bundan daha yuxarı qiymətə təklif olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: