Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1330
25.05.2021, 20:49
Elmar Vəliyev psixi vəziyyətini müəyyən etmək üçün ekspertizadan keçiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.
"Oxu24.com”un verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov vəsatət verərək məhkəmə istintaqının təzələnməsini istəyib.
O bildirib ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib: "Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da "yadımda deyil, sonra danışaram” deyib. Sonra da səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun psixoloji vəziyyətinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib".
Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Pokurorlar da vəsatətə etiraz etməyib.
Müşavirədən sonra elan edilən qərara görə, Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqı təzələnib. Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verilib.
Ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.
Qeyd edək ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Yunis Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Digər təqsirləndirilən şəxslərə isə 15-20 il arası azadlıqdan məhrum etmə cəzası təyin edilməsini təklif edib
07:20 / 12 Noyabr 2026
39
03:10 / 12 Noyabr 2026
125
01:25 / 12 Noyabr 2026
191
00:55 / 12 Noyabr 2026
155
00:43 / 12 Noyabr 2026
142
00:35 / 12 Noyabr 2026
354
00:33 / 12 Noyabr 2026
134
00:27 / 12 Noyabr 2026
146
00:24 / 12 Noyabr 2026
172
00:19 / 12 Noyabr 2026
174
00:17 / 12 Noyabr 2026
283
00:11 / 12 Noyabr 2026
167
23:54 / 11 Noyabr 2026
148
23:52 / 11 Noyabr 2026
144
23:50 / 11 Noyabr 2026
173
23:45 / 11 Noyabr 2026
1503
23:28 / 11 Noyabr 2026
136
23:24 / 11 Noyabr 2026
149
23:18 / 11 Noyabr 2026
165
23:09 / 11 Noyabr 2026
153
23:03 / 11 Noyabr 2026
144
23:01 / 11 Noyabr 2026
167
22:55 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.