Qaynar xətt:

(+99450) 247 90 86

Nizami Xudiyev vəfat etdi

Nizami Xudiyev vəfat etdi

CƏMİYYƏT

1565

25.05.2021, 20:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



AzTV-nin keçmiş rəhbəri, sabiq deputat Nizami Xudeiyev vəfat edib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, keçmiş deputat böyrək çatışmazlığından dünyasını dəyişib. O, bundan əvvəl koronavirus infeksiyasına yoluxaraq sağalmışdı.  

Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə AzTV-nin sədri, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Nizami Xudiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) fəallarından olub. Vaxtilə partiyanın rəhbərliyində təmsil olunan keçmiş deputat son illər ictimai-siyasi fəaliyyətinə demək olar ki, son vermişdi.