Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1252
25.05.2021, 19:02
Lənkəran şəhərində iki azyaşlı uşağın paxla qəbul etdikdən sonra səhhətinin pisləşməsi və onlardan birinin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dərhal araşdırma aparılmış və hər iki azyaşlıya “Favizm” xəstəliyi diaqnozu qoyulduğu müəyyən edilib.
AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, favizm xəstəliyinin irsi ferment çatışmazlığı olan şəxslərdə paxla bitkisinin tərkibindəki müəyyən kimyəvi maddələrin təsiri nəticəsində baş verməsi və hadisənin qida zəhərlənməsi hadisəsi olmaması səbəbindən, bununla bağlı Agentliyə aidiyyəti qurum tərəfindən hər hansı rəsmi bildiriş daxil olmayıb..
Favizm xəstəliyi ferment çatışmazlığı olan şəxslərdə paxla bitkisinin istehlakı və ya paxla bitkisinin tozlanması zamanı bitki tozcuqlarının nəfəs yoluna düşməsi nəticəsində meydana gəlir. Bu səbəbdən xüsusilə yaz aylarında baş verən Favizm xəstəliyinə paxlalı bitkilərin daha çox yetişdiyi Aralıq dənizi ölkələrində, İran, İraq və Azərbaycanda tez-tez rast gəlinir.
Xəstəlik paxla istehlakından bir neçə saat və ya bir neçə gün sonra meydana çıxır və ümumi halsızlıq, başgicəllənmə, ürəkbulanma, qusma, diareya və sarılıq əlamətləri ilə müşayiət olunur. Bu səbəbdən gecikdirilmiş formada və təcili tibbi yardım göstərilmədikdə ölümlə nəticələnə bilir.
Qeyd edək ki, mayın 24-də Lənkəran şəhər sakinləri - 2016-cı il təvəllüdlü Məryəm Murad qızı Qasımova və qardaşı, 2015-ci il təvəllüdlü Qasım Qasımovun qidadan zəhərlənməsi ilə bağlı favizm diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Məryəm Qasımovanın həyatını xilas etmək mümkün olmayıb.
07:20 / 12 Noyabr 2026
39
03:10 / 12 Noyabr 2026
125
01:25 / 12 Noyabr 2026
191
00:55 / 12 Noyabr 2026
155
00:43 / 12 Noyabr 2026
142
00:35 / 12 Noyabr 2026
354
00:33 / 12 Noyabr 2026
134
00:27 / 12 Noyabr 2026
146
00:24 / 12 Noyabr 2026
172
00:19 / 12 Noyabr 2026
174
00:17 / 12 Noyabr 2026
283
00:11 / 12 Noyabr 2026
167
23:54 / 11 Noyabr 2026
148
23:52 / 11 Noyabr 2026
144
23:50 / 11 Noyabr 2026
173
23:45 / 11 Noyabr 2026
1503
23:28 / 11 Noyabr 2026
136
23:24 / 11 Noyabr 2026
149
23:18 / 11 Noyabr 2026
165
23:09 / 11 Noyabr 2026
153
23:03 / 11 Noyabr 2026
144
23:01 / 11 Noyabr 2026
167
22:55 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.