Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1805
25.05.2021, 00:27
Statistikaya görə, dünya əhalisinin təxminən 2,6 faizi xroniki yorğunluqdan şikayətlənir. Stres, yuxu problemi və əzələ ağrıları xəstəliyin əsas səbəbləridir. Bir müddət sonra onlarda diqqət pozğunluğu və yaddaşsızlıq da yaranmağa başlayır, iş qabiliyyəti getdikcə zəifləyir, gün ərzində aqressiv və gərgin olurlar.
Oxu24.com bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "Belə xəstələr əsasən halsızlıq, əzginlik, yuxululuq, depressiv hal, iştahasızlıq, tez-tez təzyiqin düşməsi, heç nə etməyə həvəsin olmaması hallarından gileylənirlər. Həmin şikayətlərin altı aydan çox davam etməsi xroniki yorğunluq sindromu hesab olunur. Səbəbi tam olaraq məlum olmasa da, bəzi hallar, məsələn, yorğun iş rejimi, stresli həyat tərzi, psixoloji gərginlik yaşayanlarda belə hal daha çox müşahidə edilir".
Həmin halın aradan qaldırılması yolları barədə danışan həkim-terapevt deyib: "Depressiya halı yaşayanlardan xroniki yorğunluğun əsas səbəbləri sırasında immun sisteminin zəifliyi qeyd edilir. Fiziki iş, gündəlik rejimi düzgün formalaşdırmağa və aktiv həyata keçməyə çalışmaq lazımdır".
Araşdırmalar göstərir ki, həmin əlamətlər tənbəllik adlandırılan sindromun da göstəricisi ola bilər. Motivasiya və özünəinam hissinin zəif olması, hadisələrə ümidsiz və inamsız yanaşmaq əhval-ruhiyyəni aşağı salır və bu da iş qabiliyyətinin zəifləməsinə səbəb olur.
07:20 / 12 Noyabr 2026
39
03:10 / 12 Noyabr 2026
125
01:25 / 12 Noyabr 2026
191
00:55 / 12 Noyabr 2026
155
00:43 / 12 Noyabr 2026
142
00:35 / 12 Noyabr 2026
354
00:33 / 12 Noyabr 2026
134
00:27 / 12 Noyabr 2026
146
00:24 / 12 Noyabr 2026
172
00:19 / 12 Noyabr 2026
174
00:17 / 12 Noyabr 2026
283
00:11 / 12 Noyabr 2026
167
23:54 / 11 Noyabr 2026
148
23:52 / 11 Noyabr 2026
144
23:50 / 11 Noyabr 2026
173
23:45 / 11 Noyabr 2026
1503
23:28 / 11 Noyabr 2026
136
23:24 / 11 Noyabr 2026
149
23:18 / 11 Noyabr 2026
165
23:09 / 11 Noyabr 2026
153
23:03 / 11 Noyabr 2026
144
23:01 / 11 Noyabr 2026
167
22:55 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.