Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
837
24.05.2021, 18:29
Bəzən süfrədə yeyilməyən və istifadə edilməyən xörəkləri israf olunmaması üçün sonrakı günə saxlayırlar. Əslində bu, ta qədimdən belədir. Əvvəllər qidaların köhnəlməməsi üçün sərin yer seçilirdisə, indi müasir soyuduculardan istifadə olunur. Mütəxəssislər bildirirlər ki, yeməkləri düzgün saxlamamaq, onları hətta ikinci dəfə qızdırıb boyat şəkildə istehlak etmək orqanizmdə ciddi fəsadlara səbəb olur. Bişirilən yeməklərin tərkibi emal prosesindən çıxmış məhsullardır. Həmin məhsullar bir müddət saxlanılanda hansı proseslər baş verir?
Oxu24.com bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu sualın cavabında AZƏRTAC-a deyib: "Termiki emal olunmuş yemək nə qədər sərində saxlanılsa da, onun tərkibində olan bitki və ya heyvani mənşəli hüceyrələrin dağılması nəticəsində maddələr öz-özünə parçalanmağa başlayır. Bunun nəticəsində əvvəlcədən toksiki olmayan maddələr zəhərli parçalara bölünməyə başlayır. Boyat yeməyin dadında dəyişiklik hiss olunmasa da, həmin proses gedir".
Onun dediyinə görə, bir neçə gün qalmış qidaların dadı pozulmasa da, onları qətiyyən yemək düzgün deyil: "Əslində dad o zaman pozulur ki, qida maddəsinin tərkibinin çox hissəsi sıradan çıxmış olsun. Həmin maddələr orqanizmə daxil olan kimi qaraciyəri yükə salır. Tərkibində parçalanmış radikallar olan, zülalların, amin turşularının və yağların oksidləşmə nəticəsində konserogen maddələr əmələ gəlmiş qida məhsulları ortaya çıxır. Ondan istifadə edəndə dadındaki dəyişiklik aşkar hiss olunmasa da, zəhərli maddələrin əmələ gəlməsi demək olar ki, həyatımızı da qısaldır".
Yeməklərin boyatımaması üçün ilk olaraq onları qədərində hazırlamaq lazımdır. Yumurta, balıq, ət, toyuq, göbələk kimi riskli məhsullar iki saatdan artıq süfrədə qalmamalıdır. Əgər həmin məhsullar iki saatdan artıq soyuducuya qoyulmadan ev temperaturunda və açıq şəkildə qalıbsa, ikinci dəfə qızdırıb istehlak edilməsi məqsədəuyğun deyil. Bir gün sonraya qalıb rəngini dəyişən çörəyin də istehlakına diqqət yetirmək lazımdır. Şöbə müdiri deyib: "Təcrübə göstərir ki, iki-üç gündən sonra hətta soyuducuda saxlanılan çörəyin üstündə kif, göbələk əmələ gəlir. Təzə vaxtı biz onu görmürük. Onda görürük ki, göbələk kaloniyası çörəyin üzərinə toplaşır. Bəzən onu təmizləyib, üzünü kəsəndən sonra qalan hissəsindən istifadə edirlər. Bu, qətiyyən düzgün deyil, çünki üzərində göbələk varsa, deməli, həmin çörək parçası, yaxud hansısa qida məhsulu bütövlükdə göbələk infeksiyasına məruz qalıb. Onun istifadəsi zamanı orqanizm göbələk hücumu ilə üzləşir".
Mütəxəssislərin fikrincə, soyuducuda saxlanılan bəzi yeməklərin tərkibində də müəyyən dəyişikliklər baş verir və ziyanlı maddələr əmələ gəlir. Həmin qidaların orqanizmdə mənimsənilməsi çətinləşir və tədricən xoşagəlməz fəsadlara səbəb olur. Ona görə də gündəlik qida rasionu düzgün seçilərək qəbul olunmalıdır ki, orqanizmə lazım olan vitamin və minerallar təzə halda istehlak edilsin.
07:20 / 12 Noyabr 2026
39
03:10 / 12 Noyabr 2026
125
01:25 / 12 Noyabr 2026
191
00:55 / 12 Noyabr 2026
155
00:43 / 12 Noyabr 2026
142
00:35 / 12 Noyabr 2026
354
00:33 / 12 Noyabr 2026
134
00:27 / 12 Noyabr 2026
146
00:24 / 12 Noyabr 2026
172
00:19 / 12 Noyabr 2026
174
00:17 / 12 Noyabr 2026
283
00:11 / 12 Noyabr 2026
167
23:54 / 11 Noyabr 2026
148
23:52 / 11 Noyabr 2026
144
23:50 / 11 Noyabr 2026
173
23:45 / 11 Noyabr 2026
1503
23:28 / 11 Noyabr 2026
136
23:24 / 11 Noyabr 2026
149
23:18 / 11 Noyabr 2026
165
23:09 / 11 Noyabr 2026
153
23:03 / 11 Noyabr 2026
144
23:01 / 11 Noyabr 2026
167
22:55 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.