Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
772
18.05.2021, 18:59
Sosial şəbəkədə Xırdalan şəhərinin "Bombey" adlandırılan məhəlləsində 4 uşağın çox pis şəraitdə, paltarsız yaşamaları ilə bağlı görüntülər yayılıb.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə paylaşım edib. Onun bildirdiyinə görə, uşaqların ən böyüyünün 6, ən kiçiyinin isə 1 yaşı var. Uşaqların anaları isə narkotik aludəçisidir və yaxın vaxtlarda 5-ci övladını dünyaya gətirəcək.
Paylaşımdan görünür ki, uşaqlar paltarsız halda küçədə oynayırlar. Videoda eyni zamanda uşaqların evi olduğu deyilən darısqal otaq da görüntülənib. Sözügedən yerin yaşamaq üçün heç bir şəraiti yoxdur.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Hafiz Mikayılovla əlaqə saxladıq. İcra rəsmisi bildirdi ki, həmin azyaşlıların vəziyyətindən təzəlikcə xəbər tutublar və yaxın saatlarda onların olduğu yerə baxış keçiriləcək:
"Bombey" deyilən ərazi haradırsa, o ünvanı biz bilmirik. Artıq K. Ağazadə ilə danışılıb, bir neçə saatdan sonra Kəmalə xanım, İcra Hakimiyyətinin nümayəndələri və polislərlə birgə həmin əraziyə baxış keçiriləcək. Əgər həmin uşaqları uşaq evinə yerləşdirməsinə ehtiyac olarsa, onlara hər cür köməklik olunacaq".
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.