Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1195
17.05.2021, 20:23
Bu barədə Bizim.Media-ya açıqlamasında qəzada ağır xəsarət alaraq həm özü, həm də həyat yoldaşı əlil olan, Türkiyə vətəndaşı Mutallib Tekiş deyib. O, bildirib ki, Ə.Həsənovun nəvəsi heç bir məsuliyyət hiss etmədən həyatını davam etdirir:
"Ən son eşitdiyimə görə, Nail Allahverdiyev Avstriyada öz kefində idi, əylənirdi. İki nəfərin qatili və daha iki nəfərin həyatını məhv edən şəxs heç nə olmamış kimi öz əyləncələrinə davam edir. Ata, baba pulu ilə kef edir. Bildiyim qədər, Əli Həsənovun Almaniyanın müxtəlif şəhərlərində bir neçə otelləri və klinikaları var. Bundan başqa onun Avropanın digər ölkələrində də otelləri, klinikaları və digər obyektləri fəaliyyət göstərir”.
Onun sözlərinə görə, qəzada ağır yaralanan həyat yoldaşı Söngül Tekişin bədəninin 80 faizi işləmir. Əvvəllər müalicələnin xərclərini Həsənov ailəsi qarşılasa da, bir müddətdən sonra söz vermələrinə baxmayaraq, bundan boyun qaçırıb. Onlar Mutallib bəyin təkidlərinə baxmayaraq, məsuliyyətdən tam boyun qaçırıblar. Hər yerdən əli üzülən cənab Tekiş bütün bu şikayətlərini toplayaraq, yoldaşı Söngül Tekişin adından 2020-ci ildə Nərimanov Rayon məhkəməsinə müraciət edib.
Şikayətçi Söngül Tekiş indiyə qədər və bundan sonra olunacaq müalicəsinin ödənişini və maddi təzminat tələb edir. İlk məhkəmə iclası sabah 18 mayda baş tutacaq.
"Sabahkı məhkəmədən ədalət gözləyirəm. Mən hüquqi tərəfdən bu insanlardan etdikləri əməllərə görə, məsuliyyət tələb edirəm. Biz bu insanlara inandıq, etibar etdik, nəvəsindən şikayət etmədik. Qarşılığında isə onlar bizə dəyən maddi və mənəvi ziyanı ödəyəcəklərinə söz verdilər. Lakin biz lazımı sənədlərə imza atdıqdan sonra, öz məsuliyyətlərindən boyun qaçırdılar. Əlil olan yoldaşımın müalicəsi davam edir. Biz artıq deyil, haqqımız olanı onlardan tələb edirik”.
Zərərçəkən söyləyib ki, bütün bunlara baxmayaraq, Əli Həsənovun ailəsi onlara biganə yanaşıb və onlarla əlaqə qurmayıblar. Mütallib bəy qeyd edib ki, bu prosesi Avropa məhkəməsinə qədər davam etdirəcək.
"Mən özümün və həyat yoldaşımın haqqını, Nail Allahverdiyevin yenidən məhkəmə qarşısına çıxana, həqiqətin bərqərar olacağına qədər mübarizə aparacam”.
Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində "Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib.
Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb. Bundan başqa işadamı olan Mutallib Tekiş uzun müddət xəstəxanada müalicə aldığı üçün, bütün işləri ləğv edilib. Bundan sonra o, müflis olub.
09:22 / 12 Noyabr 2026
1
08:13 / 12 Noyabr 2026
159
07:20 / 12 Noyabr 2026
106
03:10 / 12 Noyabr 2026
143
01:25 / 12 Noyabr 2026
238
00:55 / 12 Noyabr 2026
218
00:43 / 12 Noyabr 2026
148
00:35 / 12 Noyabr 2026
418
00:33 / 12 Noyabr 2026
138
00:27 / 12 Noyabr 2026
153
00:24 / 12 Noyabr 2026
186
00:19 / 12 Noyabr 2026
184
00:17 / 12 Noyabr 2026
316
00:11 / 12 Noyabr 2026
174
23:54 / 11 Noyabr 2026
155
23:52 / 11 Noyabr 2026
151
23:50 / 11 Noyabr 2026
179
23:45 / 11 Noyabr 2026
1838
23:28 / 11 Noyabr 2026
142
23:24 / 11 Noyabr 2026
153
23:18 / 11 Noyabr 2026
171
23:09 / 11 Noyabr 2026
159
23:03 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.