Zahid Oruc: “Ev təsərrüfatlarında bütün aktivlərin uçotu vergiyə cəlb etmək məqsədi daşımır”…
12 Noyabr 2026, 09:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3911
15.05.2021, 19:54
15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.
Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.
Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.
09:42 / 12 Noyabr 2026
25
09:36 / 12 Noyabr 2026
39
09:22 / 12 Noyabr 2026
298
08:13 / 12 Noyabr 2026
183
08:05 / 12 Noyabr 2026
27
07:20 / 12 Noyabr 2026
118
03:10 / 12 Noyabr 2026
149
01:25 / 12 Noyabr 2026
251
00:55 / 12 Noyabr 2026
230
00:43 / 12 Noyabr 2026
153
00:35 / 12 Noyabr 2026
436
00:33 / 12 Noyabr 2026
141
00:27 / 12 Noyabr 2026
158
00:24 / 12 Noyabr 2026
192
00:19 / 12 Noyabr 2026
187
00:17 / 12 Noyabr 2026
324
00:11 / 12 Noyabr 2026
177
23:54 / 11 Noyabr 2026
160
23:52 / 11 Noyabr 2026
157
23:50 / 11 Noyabr 2026
184
23:45 / 11 Noyabr 2026
1901
23:28 / 11 Noyabr 2026
145
23:24 / 11 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.