Qaynar xətt:

(+99450) 247 90 86

Yoluxanların sayı mini keçdi - 14 nəfər vəfat edib

Yoluxanların sayı mini keçdi - 14 nəfər vəfat edib

CƏMİYYƏT

700

20.03.2021, 19:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  245 490  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534  nəfər müalicə olunaraq sağalıb,  3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

Ölkədə son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149  test aparılıb.