Qaynar xətt:

(+99450) 247 90 86

Masallıda 11 yaşlı qız hamam otağında ölü tapıldı

Masallıda 11 yaşlı qız hamam otağında ölü tapıldı

CƏMİYYƏT

1119

19.03.2021, 23:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallı rayonunda bədbəxt hadisə baş verib.

"Oxu24.com” xəbər verir ki, hadisə Masallı rayonunun Ərkivan qəsəbəsində olub.

Belə ki, 2010-cu il təvəllüdlü qəsəbə sakini Zəhra Tofiq qızı Məmmədovanın cansız bədəni hamam otağında aşkar edilib.

Onun yıxılaraq travma aldığı və bu səbəbdən dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.