Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Sərtləşdirilmiş karantinin DETALLARI BİLİNDİ - Dərslər dayanır, SMS İCAZƏ İŞƏ DÜŞÜR

SON DƏQİQƏ! Sərtləşdirilmiş karantinin DETALLARI BİLİNDİ - Dərslər dayanır, SMS İCAZƏ İŞƏ DÜŞÜR

CƏMİYYƏT

8394

19.03.2021, 12:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xəbər verdiyimiz kimi, bu gün saat 16.00-da Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinqdən öncə isə Operativ Qərargahın karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarlarının açıqlanacağı gözlənilir.
Bəs hansı qərarlar veriləcək? Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış dayandırılacaq.
Həmçinin ictimai-iaşə obyektlərində (kafe-restoran) yerində xidmət dayandırılacaq, salon və bərbərxanalar işləməyəcək. Ali və orta təhsil müəssisələrində təhsil dayandırılacaq, yenidən distant təhsilə start veriləcək. Həmçinin SMS icazə tətbiq olunacaq. Sərtləşdirilmiş karantin rejiminin ən azı 3 həftə ərzində tətbiqi gözlənilir.