DSMF AÇIQLADI:Bu rəqəmlərdə artım olub
13 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4191
18.03.2021, 21:41
Çində qlobal istiləşmə ilə bağlı yeni araşdırma aparılıb. Tədqiqatlara əsasən, bu proses davam edərsə, 2100-cü ildə şimal yarımkürəsində qış mövsümü 2 ay, yay isə 6 ay ola bilər.
Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Payız və yaz fəslinin sıradan çıxması hansı fəsadlara səbəb olacaq?
Bununla bağlı Sfera.az-a açıqlama verən ekoloq Telman Zeynalov qeyd edib ki, yaz və payız fəslinin sıradan çıxması heç bir ekoloji problem yarada bilməz:
"Sadəcə biz həm payızdan, həm də yazdan məhrum qalacağıq. Şaxtadan birbaşa 15-20 dərəcəlik istiyə keçid olacaq. Bundan sonra istilər tədricən qalxmağa başlayacaq. Biz buna uyğunlaşa bilərik. Lakin təbiətdən, meşələrdən, canlı aləmdən söhbət gedir. Yəni, onlar hamısı məhv olub gedə bilərlər və nəticədə insanlar da yavaş-yavaş məhv olacaq. İqlim dəyişdiyinə görə, bitkilər də fərqli zamanlarda açır, quşların köçmə vaxtı dəyişir. İqlimə görə bu proseslər həmişə baş verir”.
T.Zeynalov bildirib ki, Azərbaycanda həmçinin buzlaşma dövrünün qədəmi də qoyulub: "Havalar soyuyur. Hazırda mart ayıdır, amma biz paltodan, isti geyimlərdən çıxa bilmişikmi? Bu onu göstərir ki, biz buzlaşma dövrünə gedirik. Proses 10, 20, 30 il davam edəcək, yəni tədricən buzlaşma olacaq. 60-cı illərdən bəri 2000-ci ilə qədər yavaş-yavaş 0,7 dərəcə temperatur dəyişilib. Buna səbəb insanlar deyil. Bilirsiniz, iqlim dəyişikliklərinin səbəbi kimi insanların olması ilə bağlı o qədər uydurmalar, şayiələr yayılıb ki...O boyda təbiətin qarşısında insan nə edə bilər?”.
Ekoloq qeyd edib ki, Azərbaycanda hazırda torpaqlarda, dağlarda , dənizin dibində çatlar əmələ gəlib: "Yerin təkində çatlar əmələ gəlirsə, hidrogen qazı və başqa qazlar üzə çıxmağa başlayır, nəticədə Ozon təbəqəsində dəlik yaranır. Yay vaxtı istilər həddindən çox olur, meşə yanğınlarına gətirib çıxarır, ərzaq qıtlığına, quraqlığa şərait yaranır. Qış vaxtı isə şaxtalar olur. Gördünüz, Rusiyada, Amerikada, Avropa ölkələrində bu il necə şaxtalar var idi. Hətta onlar alternativ enerjiyə keçəcəklərini dedilər, lakin hamısı dağıldı. Milyonlarla insanlar işıqsız qaldılar, istilik sistemləri işləmədi. Ona görə də qışda bizim qazımız, neftimizin də qiyməti qalxmağa başladı. Dünyada çirkin siyasi, iqtisadi oyunlar gedir”.
10:50 / 13 Noyabr 2026
13
10:45 / 13 Noyabr 2026
18
10:39 / 13 Noyabr 2026
43
10:25 / 13 Noyabr 2026
73
10:22 / 13 Noyabr 2026
87
10:20 / 13 Noyabr 2026
62
10:08 / 13 Noyabr 2026
209
10:02 / 13 Noyabr 2026
70
09:51 / 13 Noyabr 2026
121
09:46 / 13 Noyabr 2026
770
09:44 / 13 Noyabr 2026
118
09:38 / 13 Noyabr 2026
96
09:34 / 13 Noyabr 2026
134
09:33 / 13 Noyabr 2026
76
09:31 / 13 Noyabr 2026
87
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
837
01:42 / 13 Noyabr 2026
76
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
255
23:53 / 12 Noyabr 2026
1893
23:51 / 12 Noyabr 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.