Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50374
az

SMS icazə ilə bağlı MÜHÜM AÇIQLAMA

09:4211 Mart, 2021
1306
CƏMİYYƏT
  • A

"Təəssüf ki, son günlər Azərbaycanda COVID-19-a yoluxmada, eləcə də aktiv xəstə sayında artım var. Gün ərzində yoluxanların sayı sağalanların sayını iki dəfədən çox üstələyir. Bu, vətəndaşların sosial məsafə qaydalarına əməl etməməsinin təzahürüdür".

OXU24.COM Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Deputat Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlandığını qeyd edib: "COVID-19-dan qorunmağın yeganə yolu peyvəndləmədir. Doğrudur, bu proses könüllü olsa da, insanlar arasında çox böyük ruh yüksəkliyi ilə qəbul olunur. Vətəndaşlar peyvənd olunmaq üçün könüllü şəkildə klinikalara müraciət edirlər. Amma bu o demək deyil ki, peyvənd olunduğun gün COVID-ə yoluxma riski sıfırlanır. Bunun üçün vaksinin ikinci dozunu da qəbul etmək lazımdır.

Məlumdur ki, birinci vaksindən sonra orqanizm koronavirusla mübarizəyə başlayır, qanda antitellər yaranır. Antitellərin əmələ gəlməsi ikinci vaksindən sonra 100 faizə yüksəlir".

Kamilə Əliyeva müəyyən vaxtlarda ölkəmizdə yoluxanların sayının azaldığını, sağalma sayının isə çoxaldığını vurğulayıb: "Rəqəmlərin aşağı olması insanlar arasında bir növ arxayınlıq yaratdı, sanki pandemiyadan qurtulmuşuq. Bu baxımdan nə qədər peyvənd olunsaq da, üç qızıl şərtə əməl etməliyik: maska taxmalıyıq, sosial məsafə saxlamalıyıq, gigiyenik qaydalara əməl etməliyik.

Yanvarın sonu, fevralın 1-dən karantin rejimində bir sıra yumşalmalara gedildi. Bu yumşalmalar yoluxmaların müəyyən qədər artmasına səbəb oldu. İndi insanlar daha məsuliyyətli olmalı, qaydalara daha ciddi riayət etməlidirlər".

Deputat qarşıdan gələn Novruz bayramı ərəfəsində insanları daha məsuliyyətli olmağa çağırıb: "Tarixən ölkəmizdə bu bayram yüksək səviyyədə qeyd olunub. Bayram ənənəsinə görə yaxın qohumlar ziyarət olunur, insanlar bir-birinin evinə gedir. Əgər bayramlaşma zamanı karantin tədbirlərinə riayət olunmazsa, yoluxmada kəskin artım dinamikası müşahidə oluna bilər.

Heç kəs virusa yoluxmaqdan sığortalanmayıb. Buna görə də daha sərt karantin rejiminə keçməmək üçün tətbiq olunan bütün qaydalara mütləq əməl olunmalıdır.

Bayramın kütləvi qeyd olunması, insanların rayonlara axışması virusa yoluxmanı şərtləndirir. Düşünmək belə istəmirəm ki, bu, son mərhələdə nələrə gətirib çıxara bilər. Çünki biz o mərhələni keçmişdik, gün ərzində yoluxanların sayı 4 mini ötmüşdü, onlarla ölüm olurdu, xəstəxanalar həddən artıq dolu idi. Həmin günlərə qayıtmamaq üçün vətəndaşlarımızı həm peyvəndlənməyə, həm qaydalara riayət etməyə, həm də bir yerdə toplaşmaqdan çəkinməyə çağırıram.

Əgər istəyiriksə daha sərt karantin və SMS icazə olmasın mütləq şəkildə qaydalara əməl etməliyik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA
Bakıda COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı