Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlər Kabinetindən qaz limiti ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən qaz limiti ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

2379

11.03.2021, 09:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabineti (NK) yüksək dağlıq əmsalı tətbiq olunan rayonlara güzəştli qaz limitinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

NK 2020-ci il üzrə hesabatında açıqlayıb ki, tarif tənzimlənməsi həyata keçirilərkən gəlirlər təchizatçı subyektlərin yalnız zəruri xərclərini bağlayacaq səviyyədə nəzərə alınıb.

Bu baxımdan ölkənin hər bir regionunda aşağı tariflə illik istehlak həcminin yüksəldilməsi təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə həmin region üzrə xidmətlə bağlı yaranan xərclərin qarşılanması məqsədilə digər regionlarda illik istehlak həcminin azaldılması zərurətini yaradır.

Bu da istehlakçılar arasında sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur.