Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı - Səbəb
13 Noyabr 2026, 13:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3505
10.03.2021, 23:44
"Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir".
Oxu24.com bildirir ki, bu barədə təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi, eləcə də, şagirdlərarası münasibətlərin düzgün qurulmasını mühüm hesab edir:
"Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsi, proflaktika mexanizmləri də hazırlanıb və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək.
Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilib.
Eyni zamanda, ötən il "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili" qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən "Məktəblinin Dostu" layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNICEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir.
Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm.
Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil nazirliyi üçün prioritetdir".
13:43 / 13 Noyabr 2026
34
13:41 / 13 Noyabr 2026
29
13:20 / 13 Noyabr 2026
41
13:05 / 13 Noyabr 2026
76
12:57 / 13 Noyabr 2026
70
12:45 / 13 Noyabr 2026
95
12:32 / 13 Noyabr 2026
118
12:20 / 13 Noyabr 2026
85
12:17 / 13 Noyabr 2026
86
12:08 / 13 Noyabr 2026
542
11:55 / 13 Noyabr 2026
102
11:45 / 13 Noyabr 2026
166
11:40 / 13 Noyabr 2026
97
11:21 / 13 Noyabr 2026
311
11:15 / 13 Noyabr 2026
101
11:12 / 13 Noyabr 2026
197
11:00 / 13 Noyabr 2026
116
10:50 / 13 Noyabr 2026
100
10:45 / 13 Noyabr 2026
153
10:39 / 13 Noyabr 2026
130
10:25 / 13 Noyabr 2026
119
10:22 / 13 Noyabr 2026
261
10:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.