Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yanan gəmi söndürülüb - YENİLƏNİB - VİDEO

Bakıda yanan gəmi söndürülüb - YENİLƏNİB - VİDEO

CƏMİYYƏT

1972

10.03.2021, 18:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

18:18

10 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Oxu24.com-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Gəminin daxili bölmələrinin mürəkkəb və yanar konstruksiyalara malik olması və nəticədə meydana çıxan qapalı qatı tüstününün söndürmə işlərinə mane olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasının qarşısı alınaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.